"İnnovasiyalar Mərkəzi" və "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzinin tərəfdaşlığı ilə “Qarabağ və Şərqi Zəngəzurda Sərmayə İmkanları” layihəsi çərçivəsində keçirilən “Karabakh GreenTech” hakatonu başa çatıb.
Layihənin əsas məqsədi gəncləri “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”inə əsasən həyata keçirilən tədbirlərə dəstək olmaq, işğaldan azad edilmiş bölgələrdə biznes subyektlərini inkişaf perspektivləri, investisiya imkanları, vergi güzəştləri, yaşıl sahibkarlıq, texnologiya transferi və digər mövzular ətrafında maarifləndirməkdir.
"Karabakh GreenTech" hakatonunun ilk mərhələsində 14 komanda öz ideyalarını təqdim edib. Bu ideyalar arasında yaşıl texnologiyalar, aqrar texnologiyalar, alternativ enerji mənbələrinin səmərəliliyinin artırılması və minaların təmizlənməsi üçün texnoloji həllər kimi sahələr yer alıb.
İlk mərhələdən uğurla keçən 8 komanda 24 saat ərzində ASAN İnnovativ İnkişaf Mərkəzində kiçik canlı məhsullarını (MVP) hazırlayıblar və yekun mərhələdə 6 komanda iştirak edib. Onlar arasından 3 komanda qalib seçilib. Seçilən komandalara hədiyyə və diplomlar təqdim edilib və "COP29" da iştirak etmə fürsəti qazanıblar. Qaliblərə "COP29" konfransınadək biznes inkişafı üçün mentorluq və kovörkinq istiqamətində dəstək göstəriləcək.
“INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin rəhbəri Nicat Əmiraslanov “Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir” V Gənclər Düşərgəsində iştirakçılar üçün “İnnovasiya və süni intellekt” mövzusunda təlim keçib.
Təlim zamanı iştirakçılara innovasiya ekosisteminin formalaşması, yaradıcı düşüncənin və problemlərin həllində innovativ yanaşmaların əhəmiyyəti, həmçinin süni intellekt texnologiyalarının gündəlik həyata, təhsilə və əmək bazarına təsiri barədə ətraflı məlumat verilib.
Daha sonra iştirakçılar arasında qrup işləri təşkil olunub. Komandalar şəklində çalışan iştirakçılar müxtəlif tapşırıqlar üzərində işləyərək innovativ ideyalar hazırlayıb və təqdim ediblər.
"INNOLAND" Mərkəzi startapları ilə birgə regionun ən böyük texnologiya və startap platforması olan "TakeOFF İstanbul" tədbirində iştirak etməyə hazırlaşır!
Tədbirdə ölkəmizi təmsil edəcəyik. Həmçinin texnologiya həvəskarları, startapçılar və investorlarla birgə yeni əməkdaşlıqlara başlayacağıq.
"Gələcək üçün bacarıqlar" layihəmizin V “TUSİ” İnkubasiya Proqramı çərçivəsində “Əqli mülkiyyət və patentləşdirmə” mövzusunda növbəti təlim uğurla baş tutdu.
Təlim zamanı iştirakçılar ideyaların hüquqi qorunması, əqli mülkiyyət hüquqları, patentləşdirmə prosesi və innovativ məhsulların qorunma mexanizmləri barədə ətraflı məlumat əldə etdilər.