14 Avqust, 2019

"INNOLAND" "AzerGold" QSC ilə birgə Akselerasiya Proqramına başlayır

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzi “AzerGold” QSC ilə birgə Akselerasiya Proqramina başlayacaq. Məqsəd, sahələrarası  innovasiyanı stimullaşdırmaq üçün sənayenin ən inqilabi startaplarını bir araya gətirmək, sənaye ilə bağlı yenilikləri stimullaşdırmaq, prosesləri optimallaşdırmaq və sənayenin Azərbaycanda və regionda yeni bir standart müəyyən etməsidir. 

 

Akselerasiya proqramı üçün uyğun olan startaplar:

 

  • prosesləri optimallaşdıran

  • ixtisas (potensial) inkişaf etdirən

  • bacarıq artıran

  • aparıcı texnologiyalardan, avadanlıqlardan və həll yollarından istifadə edən 

 

Qiymətli metal sənayesində və "AzerGold" QSC-nin ehtiyaclarına uyğunlaşdırıla biləcək həllər təqdim edir.

 

Qiymətli metal sənayesi üçün innovativ həllər ilə yanaşı, startaplar AzerGold QSC-in təşkilati ehtiyacları üçün uyğun həllər təklif edə bilərlər:

 

  • Mədənçilik

  • Sənaye

  • Geologiya

  • Insan Resursları

  • Database / rəqəmsallaşdırma

  • Hüquq

  • Maliyyə

  • Ekoloqiya

  • Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühit - və s.

 

Seçim meyarları:

 

"AzerGold" QSC-nin fəaliyyətinə aid olmaqdan əlavə seçim məyarları:

1. Komanda ən azı 2 nəfərdən ibarət olmalıdır. 

2. Komanda üzvlərindən ən azı 1 nəfər akselerasiya proqramında daimi iştirak etməlidir. Akselerasiyada daimi iştirak edəcək komanda üzvü ingilis dili bilməlidir. Qalan komanda üvzlərinin ingilis dili bilməsi üstünlük hesab ediləcək.

3. Məhsulun prototipi və ya inkişaf mərhələsində olan məhsul təqdim olunmalıdır.

4. Məhsul müəyyən bazar seqmentinə aid olmalıdır.

5. Layihənin təqdimatı mövcud olmalıdır.

6. Qiymətli  metal sənayesi ixtisasında kvalifikasiyanız və ya sahədə təcrübəniz üstünlük hesab ediləcək.

7. İxrac bazarını araşdırmalı və yeni bazarlara daxil olmaq üçün hazırlıqlı olmalısınız.

Qaliblər "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzində 6 aylıq akselerasiya proqramı keçmək haqqı qazanacaqlar. Bununla yanaşı qalib komandaların təsisçiləri 2020-ci ildə Türkiyədə keçiriləcək “Startup Turkey” tədbirinə qatılmaq şansı əldə edəcəklər.

Qeydiyyat üçün : https://forms.gle/8YqYx6mh6d1J7sXd8

Ətraflı oxu

Digər xəbərlər

innoland news image

“INNOLAND”də "Süni intellekt və əhəmiyyəti" mövzusunda görüş baş tutub

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzində "Süni intellekt və əhəmiyyəti" mövzusunda görüş baş tutub. Görüş “ATL Tech”in #Expertech tədbiri daxilində keçirilib.

Elektron Hökümətin İnkişafı Mərkəzinin direktoru Fariz Cəfərov və "ATL Tech" şirkətinin rəhbəri Vurğun Hacıyev süni intellekt, onun imkanları, əhəmiyyəti və gələcəyə təsirindən danışıblar.

Ətraflı oxu
innoland news image

“INNOLAND”də "Süni zəka" mövzusunda görüş baş tutacaq

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzində "Süni zəka" mövzusunda görüş baş tutacaq. Görüş “SUP Akselerator”unun ənənəvi #SUPTalks tədbiri daxilində keçiriləcək. Görüşdə spiker qismində çıxış edəcək Nərgiz Məmmədova süni zəka, onun imkanları və gələcəyə təsirindən danışacaq.

Nərgiz Məmmədova Kanadanın Toronto şəhərində yaşayan texnoloqdur. Sahibkarlığa marağı onun təşəbbüskar ailəsindən gəlir. İndiyə kimi media, reklam və texnologiya sahələrində müxtəlif startaplara dəstək verib. O, həmçinin texnologiya ilə immiqrasiya məsələlərini həll etməyə yönəlmiş "Destin AI" startapının qurucusudur. Nərgiz 3 ölkədə - İsveçrə, Yaponiya və Kanadada idarəetmə təhsili almış və Beynəlxalq Biznes Magistr dərəcəsinə sahibdir.

Tədbir 19 dekabr saat 19.00-da keçiriləcəkdir.

Tədbirə qatılmaq üçün: https://www.facebook.com/events/751487891926718/

Ətraflı oxu
innoland news image

“INNOLAND” rezidentləri Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda uğurla təmsil olunub

“INNOLAND” rezidentləri Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda uğurla təmsil olunub Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzinin rezidentləri 1-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində “ASAN xidmət” stendində iştirak ediblər. "Gələcək üçün bacarıqlar” layihəsi müddətində universitetlərlə əməkdaşlıq çərçivəsində formalaşmış "Convitsa", "Dovotes" və Mərkəzin rezidenti olan "Enverson" startapları yerli və xarici ziyarətçilərə innovativ həlləri və layihələri barədə məlumat veriblər. Yüksək səviyyəli qonaqlar və rəsmilər startapların təqdim etdiyi texnoloji yeniliklərlə yaxından tanış olub, onların beynəlxalq bazara çıxış imkanlarını yüksək qiymətləndiriblər. Həmçinin qonaqlar “ASAN xidmət”in fəaliyyəti, vətəndaşlara təqdim olunan innovativ xidmətlər, rəqəmsal həllər sahəsində əldə olunan nailiyyətlər və beynəlxalq əməkdaşlıq imkanları barədə məlumatlandırılıblar. Azərbaycan Beynəlxalq İnvestisiya Forumu Şərq və Qərbin strateji qovşağında yerləşən ölkələrin iqtisadi və texnoloji potensialını nümayiş etdirmək, yeni qlobal rəqabətlilik paradiqmalarına dair bilik və təcrübə mübadiləsi aparmaq üçün mühüm platforma rolunu oynayır. Tədbirdə iştirak edən şirkətlər və startaplar üçün bu forum yüksək səviyyəli əlaqələr qurmaq, strateji sazişlər imzalamaq və yeni tərəfdaşlıqlar formalaşdırmaq baxımından unikal imkanlar yaradıb.

Ətraflı oxu