V “TUSİ” inkubasiya proqramı Milli Aviasiya Akademiyasında
İnfosessiya zamanı tələbələrə ideyanı formalaşdırmaq, komanda qurmaq və startap ekosisteminə inteqrasiya olmaq yollarını ətraflı izah etdik.
Siz də inkubasiya proqramına qoşulmaq üçün elə indi qeydiyyatdan keçin: ➡️ https://gub.icenter.az/home
Nə qazanacaqsınız?
Yeni bacarıqlar və praktiki təcrübə
Bir-birindən maraqlı təlimlər və mentor dəstəyi
Startap ideyanı reallığa çevirmək imkanı
Şəbəkələşmə imkanları
Gələcəyinizi öz əllərinizlə qurmaq istəyirsinizsə, bizə qoşulun!
Kanadanın ən böyük inkubasiya mərkəzlərindən biri olan “DMZ”in nümayəndə heyəti “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzi ilə tanış olub. Qonaqlara “INNOLAND”in yaradılması və fəaliyyət məqsədləri, mərkəzdə yerləşən Kovörkinq, İnkubasiya, Akselerasiya, İT Təlim-Tədris Mərkəzinin fəaliyyəti və startaplarla bağlı ətraflı məlumat verilib .
“DMZ”in nümayəndə heyəti “INNOLAND”də fəaliyyət göstərən “SUMAKS”ın laboratoriyası ilə tanış olublar. Qonaqlara “SUMAKS”ın yerli texnologiya məhsullarının istehsalı ilə məşğul olduğu və “INNOLAND”in rezidentləri üçün ilkin prototiplərin hazırlanmasında dəstək olduğu bildirilib.
Daha sonra qonaqlar “INNOLAND”də yerləşən digər startaplarla öz təcrübələrini bölüşüblər.
“INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin fəaliyyəti ilə tanış olan nümayəndə heyəti mərkəzə və əməkdaşlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
“Data elmi və maşın öyrənməsinə giriş bootcamp"ı davam edir!
NNOLAND-in və MİUUL – Türkiyənin innovativ təhsil və texnologiya şirkətinin əməkdaşlığı ilə 29 sentyabrda keçirilən “bootcamp” çərçivəsində “Data Elmi üçün Python Proqramlaşdırması” mövzusunda sessiya keçirilib.
Sessiya zamanı tapşırıqlar və quiz nəticələri təhlil olunub. İştirakçıların sualları cavablandırılıb və anlayış səviyyəsi müzakirə edilib.
“INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzi”nin dəstəyi ilə “Sənin ideyan dəstəklənir” şüarı altında həyata keçirilən SİD layihəsinin açılış mərasimi keçirilib.
SİD layihəsi yaradıcı təşəbbüslərin inkişafına təkan verməklə yanaşı, OBA-da əməliyyatların optimallaşdırılmasına, innovativ həllərin tətbiqinə və ümumilikdə Azərbaycanın startap ekosisteminin şaxələndirilməsinə xidmət edir.
Açılış mərasimində Veysəloğlu Şirkətlər Qrupunun rəhbər şəxsləri və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin direktoru Vüsal Rüstəmov iştirak ediblər.
Vüsal Rüstəmov sözügedən layihə ilə bağlı bildirib ki, seçilmiş 33 startap üçün effektiv inkubasiya mühitinin formalaşdırılması məqsədilə "İnnovasiyalar Mərkəzi" öz resurslarını paylaşmağa hazırdır. Bu əməkdaşlıq dövlət və özəl sektor tərəfdaşlığının parlaq nümunəsidir və biz OBA-nın təşəbbüsünü yüksək qiymətləndiririk.
Qeyd edək ki, müvafiq layihəyə ümumilikdə 183 komanda müraciət edib. Onların arasından 33 ən perspektivli komanda növbəti mərhələyə seçilib.
Layihə çərçivəsində ümumilikdə 10,000 manatlıq mükafat fondu nəzərdə tutulub.