Ölkəmizdə səfərdə olan Özbəkistan Respublikası İnnovasiyaların İnkişafı Nazirliyinin və tabeliyində fəaliyyət göstərən qurumların rəhbər şəxslərindən ibarət nümayəndə heyəti "İnnovasiyalar Mərkəzi"nin fəaliyyəti ilə tanış olub.
Qonaqlar, həmçinin, "İNNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzi, ASAN İnnovativ İnkişaf Mərkəzi və “Bilim Bakı” Mərkəzində fəaliyyət göstərən təlim otaqları və laboratoriyalarla da yerində tanış olublar.
2 gün davam edən görüşdə qonaqlara startap ekosistemlərinə dəstək və sosial innovasiyalar istiqamətində həyata keçirilən fəaliyyət barədə məlumat verilib, həmçinin bu istiqamətdə bilik və qarşılıqlı təcrübə mübadiləsi və birgə layihələr müzakirə olunub.
“OBA” marketlər şəbəkəsinin layihəsi olan “Startap, İnnovasiya və Dəstək” proqramı çərçivəsində İnnovativ Həllər Marafonuna start verildi.
Marafonun ilk həftəsinin açılış tədbiri INNOLAND İnkubasiya və Akselerasiya Mərkəzinin dəstəyi ilə mərkəzin binasında baş tutdu. Tədbirdə iştirakçı komandalar, mentorlar və layihə rəhbərləri yer aldı.
İlk olaraq proqramın yol xəritəsi təqdim edildi, daha sonra mentorlarla “SpeedDate” formatında görüşlər keçirildi.
Tədbirin davamında INNOLAND İnkubasiya və Akselerasiya Mərkəzinin rəhbəri Nicat Əmiraslanov tərəfindən “İdeya generasiyası, innovasiya və yaradıcılıq” mövzusunda proqramın ilk təlimi keçirildi.
Rezident startaplarımız "İnsan Resursları və İdarəetmə Forumu"nda iştirak ediblər
Safavy, Taskilled və Eduaz startaplarımız Azərbaycan Respublikasının Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ASAN İnnovativ İnkişaf Mərkəzinin təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə və peşəkar idarəçilik yoluna həsr olunmuş forumda iştirak ediblər.