22 sentyabr tarixində qlobal innovasiya ekosisteminin ən məşhur simalarından biri, minlərlə startapa mentorluq edən Tal Catranın "INNOLAND"də görüşü baş tutub.
Görüş zamanı məşhur startap eksperti Tal Catran iştirakçılara startap sahəsindəki uzunillik təcrübələrindən, startap qurucularının etdikləri səhvlərdən, startapı inkişaf etdirməyin, eləcə də onları qlobal bazara çıxarmağın yollarından danışıb.
Spiker qismində çıxış edən edən Tal Catranın çıxışı iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb. Tədbir zamanı startap mövzusu ətrafında müzakirələr aparılıb və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, tədbir ingilis dilində baş tutub.
“İnnovasiyalar Mərkəzi”nin “Gələcək üçün bacarıqlar” layihəsi çərçivəsində baş tutan tədbir Türkiyənin “Bilişim Vadisi” ilə birgə reallaşdırılan 6 aylıq inkubasiya proqramının yekununa dair keçirilən Demo Day tədbirində münsiflər heyəti tərəfindən ən yüksək balla qiymətləndirilən 5 komandaya “Bilişim Vadisi”nin xüsusi mükafatı təqdim edilib.
Mükafat alan "Printfable", "Cücələrim", "Medappoint", "Evor" və "Dovotes" komandaları "Bilişim Vadisi"nin Türkiyə ofislərində 6 aylıq inkubasiya proqramı keçmək haqqına sahib oldular.
Komandalarımızı təbrik edirik!
Investor gözləntiləri, startapçı investor münasibətləri mövzusunda vebinarımız baş tutdu.
İnvestor, biznes kouçu və mentor Nuri Murat Avcının çıxışı ilə baş tutacaq vebinarımızda bu və digər aidiyyəti suallara ətraflı cavab verdi.
Vebinara qatılan iştirakçılar spikerin çıxışını böyük maraqla izlədi və öz suallarına cavab tapdı.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzinin təşkilatçılığı ilə 26 iyun tarixində “Startup Grind - Ganja” tədbiri baş tutacaq.
Görüşdə spiker qismində “Agtech Ukrayna”nın rəhbəri Yuriy Petruk çıxış edəcək. O, “Agtech - Pandemiyadan əvvəl və sonra” mövzusunda danışacaq.
"Startup Grind" startaplar, təsisçilər, ixtiraçılar üçün yaradılmış dünyanın ən böyük icmalarından biridir. Tədbirin məqsədi həmfikir insanları bir araya gətirmək, öyrənmək, öyrətmək, kömək etməkdir. 2019-cu ildən başladılan tədbir mütəxəssislərin öz təcrübələrini paylaşdığı ənənəvi hərəkat halını alıb.
Tədbir “Facebook – live“ vasitəsilə baş tutacaq.