29 Aprel, 2026

Rezident startapımız beynəlxalq uğura imza atıb!

Rezident startapımız beynəlxalq uğura imza atıb!

INNOLAND-in rezidenti olan "Tada!" Avropa Yenidənqurma və İnkişaf Bankı tərəfindən həyata keçirilən "Star Venture" proqramına seçilib.

"Star Venture" yüksək inkişaf potensialına malik startaplar üçün nəzərdə tutulmuş qlobal proqramdır. Proqram çərçivəsində seçilən startaplara 18 ay müddətində
beynəlxalq mentorluq
strateji inkişaf məsləhətləri
investorlarla əlaqə imkanları təqdim olunacaq.

Bu uğur münasibətilə "Tada!" komandasını təbrik edir, uğurlar arzulayırıq!

Ətraflı oxu

Digər xəbərlər

innoland news image

"INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzinin rezidentləri üçün vebinar təşkil olunub

"INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzinin rezidentləri üçün vebinar təşkil olunub.

Vebinarda Sabancı Universitetinin professoru Berrin Yanıkoğlu süni intellekt sahəsindəki son trendlərdən danışıb.

Ətraflı oxu
innoland news image

Rezidentimiz beynəlxalq fəaliyyətini genişləndirir!

Rezidentimiz beynəlxalq fəaliyyətini genişləndirir!
 
INNOLAND-in rezidenti “Taskool” startapı ilə Özbəkistan Təhsil Nazirliyinin nəzdində fəaliyyət göstərən “INNO Technopark” arasında əməkdaşlıq memorandumu imzalanıb.
 
Razılaşmaya əsasən, süni intellekt əsaslı təhsil platformasının Özbəkistan məktəblərində tətbiqi nəzərdə tutulur. Platforma şagirdlərə bilik və bacarıqlarını inkişaf etdirmək, nailiyyətlərini rəqəmsal portfellərdə toplamaq və gələcək təhsil imkanları üçün fərdi potensiallarını nümayiş etdirmək imkanı yaradacaq.
Əməkdaşlıq çərçivəsində Özbəkistan məktəblilərinin beynəlxalq "SciTech Olimpiadası"nda və "INNOVATOR" Startap İnkubasiya Proqramında iştirakı da nəzərdə tutulur.
Ətraflı oxu
innoland news image

"ADA School" şagirdləri üçün INNOLAND və "Bilim Bakı" mərkəzlərinə info tur təşkil olunub.

"ADA School" şagirdləri üçün INNOLAND və "Bilim Bakı" mərkəzlərinə info tur təşkil olunub. İnfo tur çərçivəsində "ADA School"un 7, 8 və 9-cu sinif şagirdləri əvvəlcə "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzində startap ekosistemi, innovativ layihələr və rezident startapların fəaliyyəti haqqında məlumat əldə edərək real innovasiya mühitini yaxından müşahidə ediblər. Daha sonra "Bilim Bakı" mərkəzinin fəaliyyət istiqamətləri, laboratoriyaları və texnoloji imkanları ilə tanış olublar. Proqramın sonunda isə "Neecro Projects" oyun studiyasının təsisçisi Şamil Namazov tərəfindən "Oyun hazırlama" mövzusunda keçirilən təlimdə şagirdlərə "game development" sahəsinin imkanları və bu istiqamətdə ilk addımlar haqqında praktiki biliklər təqdim olunub.

Ətraflı oxu