26 Noyabr, 2019

“İnnovasiya ekosistemi: Növbəti addımlar nədir?” mövzusunda müzakirələr aparılıb

“StartupFest 2019” çərçivəsində “İnnovasiya ekosistemi: Növbəti addımlar nədir” mövzusunda panel sessiya təşkil olunub.

Bu paneldə innovasiya ekosisteminin daha yaxşı inkişafı üçün zəruri olan elementlər əhatə olunub. Həmçinin Azərbaycanda innovasiya mühitinin gələcəyi üçün müxtəlif perspektivlər üzrə müzakirələr aparılıb.

Sessiyada “212 Venture Capital Film”in İcraçı direktoru Numan Numan, “GVI”nin təsisçisi Kolin M. Donohue, “AvroAsiya Startap Mükafatı”nın İcraçı direktoru Atilla Sandor, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İnnovasiya, tədris və konsaltinq departamentinin müdiri Cəlal Rəhimov, “Agha” Qrup – Apollo layihəsinin rəhbəri İmran Bağırov və “Hackquarters”in İcraçı direktoru Kaan Akın çıxış ediblər.

Sessiyanın moderatoru “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin müdiri Məmməd Kərimov olub.

“StartupFest 2019” Azərbaycanda ilk dəfə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin təşkilatçılığı ilə reallaşdırılır.

Festivalın əsas məqsədi təcrübə mübadiləsinə imkan yaratmaqla regionda və Azərbaycanda startap ekosisteminin oyunçularını bir araya gətirmək, ekosistemin inkişafı və mövcud problemlərin həlli istiqamətində fikir mübadiləsi aparmaq, Azərbaycanı bu istiqamətdə regional mərkəzə çevirməkdir.

Tədbirin əsas özəlliklərindən biri də startapları əhatə etməsi, özündə startaplarla bağlı problemləri və onların həll yollarını ehtiva edən 6 beynəlxalq lisenziyalı tədbiri birləşdirməsidir.

Ətraflı oxu

Digər xəbərlər

innoland news image

"INNOLAND"in rezidenti "E-legal" startapı uğurla "exit" edib!

"INNOLAND"in rezidenti "E-legal" startapı uğurla "exit" edib! 

Azərbaycanın hüquq texnologiyaları sahəsində öz yanaşması ilə seçilən və "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzinin rezidenti olmuş "E-Legal" startapı ABŞ-da uğurla exit edib! 

Təsisçisi Səmayə Həbibova olan "E-Legal" startapı hüquqi xidmətləri rəqəmsallaşdıraraq istifadəçilərə müqavilə hazırlığı, hüquqi sənədlərin avtomatlaşdırılması və onlayn məsləhət kimi imkanlar təqdim edir. 2023-cü ildə "E‑legal" ilə "ASAN xidmət" arasında 10 illik müqavilə imzalanıb. Bu anlaşma çərçivəsində ölkə üzrə 29 "ASAN xidmət" mərkəzində rəqəmsal hüquqi xidmət köşklərinin quraşdırılması planlaşdırılır.

"E-legal" komandasını təbrik edir və gələcəkdə daha böyük nailiyyətlər əldə etməyi arzulayırıq!

Ətraflı oxu
innoland news image

"ASAN xidmət"in struktur qurumları “Brand Award Azerbaijan” milli müsabiqəsinin qalibi olub

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin   tabeliyində fəaliyyət göstərən  bir neçə qurum  6-cı milli “Brand Award Azerbaijan” müsabiqəsində ilk 5-liyə daxil olublar. Müsabiqə “Caspian Energy Club”un (CEC) təşkilatçılığı və AZPROMO və KOBİA-nın rəsmi dəstəyi ilə keçirilib.

Müsabiqə nəticələrinə görə ölkənin 2022-ci ildə ən çox tanınan 50 brendi seçilərək mükafatlandırılıb. Qaliblər sırasında "Bilim Bakı" mərkəzi 2-ci yer,  "İnnovasiyalar Mərkəzi" 3-cü yer,"INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzi 4-cü yer, ASAN İnnovativ İnkişaf Mərkəzi isə 13-cü yeri tutub. 

Müsabiqənin qalibləri 22.08.22 - 12.09.22 tarixində keçirilən onlayn sorğunun nəticələri əsasında müəyyən olunub. 250-dən çox milli korporativ, xidməti və məhsul brendinin yer aldığı müsabiqənin səsvermə mərhələsində müxtəlif ölkələrdən onminlərlə respondent iştirak edib.

“Brand Award Azerbaijan” milli müsabiqəsində qalib gələn 50 brend, həmçinin dünyanın müxtəlif ölkələrində keçirilən milli və regional “Brand Award” müsabiqələrinin qalibləri 2023-cü ilin əvvəlində “Brand Award International” yekun müsabiqəsində iştirak etmək imkanı qazanıblar.

Ətraflı oxu
innoland news image

"Astana Hub" və "INNOLAND" arasında əməkdaşlıq memorandumu imzalanıb

Qazaxıstanda baş tutan "Digital bridge" tədbiri çərçivəsində "Astana Hub" və Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin "INNOLAND" Mərkəzi arasında əməkdaşlıq memorandumu imzalanıb. 

Memorandumun məqsədi ölkəmizdə və regionda texnologiya startapları üçün sahibkarlıq ekosisteminə dəstək göstərmək, birgə yatırım fondunun yaradılması, təcrübə mübadiləsini təmin etmək və inkişaf etməkdə olan texnologiya sahibkarlarının ehtiyaclarına xidmət göstərən yüksək səviyyəli tərəfdaşlığın həyata keçirilməsidir.
 

Ətraflı oxu