1 İyun, 2022

"INNOLAND"in nümayəndə heyəti “Səyyar Gənclər Xidməti” layihəsində iştirak edib

31 may tarixində Biləsuvar rayonunun Bağbanlar kəndində “İmkanlar Sənə Doğru!” devizi altında “Səyyar Gənclər Xidməti” layihəsinə start verilib. 

Gənclərin dövlətçilik və vətənpərvərlik ruhunda yetişməsi, ucqar kəndlərdə yaşayan gənclərin sosiallaşması, asudə vaxtlarının səmərəli təşkili, onların bilik, bacarıqlarının və dünyagörüşünün genişləndirilməsini qarşıya məqsəd qoyan "Səyyar Gənclər Xidməti" layihəsinin tədbirində "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzinin nümayəndə heyəti də iştirak edib. Layihə iştirakçılarına Mərkəzin yerli startapların qlobal səviyyədə sərmayə cəlbi, böyüməsi və inkişafı  üçün yaratdığı imkanlardan danışılıb. 

Qeyd edək ki, tədbir zamanı gənclərin maraqlarını əhatə edəcək müxtəlif mövzular üzrə təlimlər, şəxsi inkişafla bağlı sessiyalar, könüllülük, ixtisas seçimi, əsas həyat bacarıqları və digər mövzularda açıq hava şəraitində təlimlər keçirilib, gənclərə praktiki şəkildə "CV" yazılma qaydası göstərilib, gənclər arasında müxtəlif intellektual və idman yarışları təşkil edilib.

Ətraflı oxu

Digər xəbərlər

innoland news image

"Kibertəhlükəsizlik" mövzusunda tədbirimiz baş tutub

"INNOLAND" və "SUP.VC"nin birgə təşkilatçılığı ilə keçirilən tədbirin məqsədi kibertəhlükəsizliyin əhəmiyyətini və bu mövzuda tədbirlərin artırılması yollarını müzakirə etmək olub.

Təcrübəli spikerlər Sefa Bakan və İbrahim Əbdüləzizli kibertəhlükəsizlik sahəsindəki aktual məsələləri ətraflı şəkildə müzakirə ediblər. Tədbirdə kibertəhlükəsizliyin təmin edilməsi haqqında görüləcək işlər və mövcud təhdidlərlə mübarizə strategiyaları haqqında müzakirələr keçirilib.

Görüşdə spikerlər aşağıdakı mövzular haqqında danışıb:

Kibertəhlükəsizliyə giriş

“Cyber Intelligence”

Hücumların qarşısının alınması

Yeniliklər və texnoloji həllər vasitəsilə kibertəhlükəsizliyin gücləndirilməsi

Şirkətlərdə kibertəhlükəsizlik tədbirləri

“Red teaming for everyone.”

Ətraflı oxu
innoland news image

"Nextsale" "BigCommerce" e-ticarət platforması ilə inteqrasiyaya başlayıb

"INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzinin rezidenti "Nextsale" "BigCommerce" e-ticarət platforması ilə tərəfdaşlığa başlayıb. Bundan əvvəl "Nexsale" Shopify, WooCommerce, WordPress və  digər tanınmış elektron ticarət platformalarında mövcud olub. Yeni inteqrasiya "BigCommerce" istifadəçilərinə 14 günlük pulsuz sınaq müddəti ilə "Nextsale" tətbiq həllərindən faydalanmağa imkan verir.

Qeyd edək ki, "Nextsale" sayğaclar vasitəsilə onlayn mağazanıza sosial sübut və aktuallıq əlavə etməyə imkan verən platformadır.

Ətraflı oxu
innoland news image

“INNODOST” – İnnovasiya və Startap Proqramı

“INNODOST” – İnnovasiya və Startap Proqramı "Könüllü DOST" proqramının təşkilatçılığı, "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzinin tərəfdaşlığı ilə “Könüllü Klubları” layihəsi çərçivəsində “INNODOST” – 3 modullu proqram uğurla başa çatdı. "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzinin direktoru Nicat Əmiraslanovun təqdimatında, 3 gün ərzində modullar çərçivəsində təlimlər keçirildi. İştirakçılar innovasiya ekosistemi, yaradıcı düşüncə, startap quruculuğu və sahibkarlıq bacarıqları barədə dəyərli biliklər əldə etdilər.

Ətraflı oxu