16 İyul, 2020

“INNOLAND”in partnyoru olan “SUP. VC” Akselerasiya Mərkəzinin fəaliyyəti “Forbes"da qeyd olunub

COVID-19 pandemiyası bütün sahələrə ziyan vurub. Bunun da həlli innovasiyadadır. Bu innovativ həllər haqqında beynəlxalq jurnallar da yazır. Azərbaycan startap ekosistemi də öz növbəsində dünyaya innovativ təkliflər verir. 

Bu ilin əvvəlində ölkəmizdə keçirilmiş “Hack Cov-19” tədbirinin səs-sorağı dünyanın ən məşhur biznes-innovasiya medialarından da gəlir. Belə medialardan biri “Forbes” jurnalıdır. “Forbes’un yeni məqaləsində pandemiya zamanı dünyada tətbiq olunmuş innovativ həllər haqqında danışılır və məqaləninin daxilində yerli akselerasiya mərkəzi “SUP.VC” şirkətinin təşkil etdiyi “Hack Cov-19” qeyd olunub. Tədbir “Forbes” jurnalında aşağıdakı kimi qeyd olunub: 

“Hətta Avrasiyadan Azərbaycan pandemiya zamanı bir-birlərinə daha yaxşı dəstək olmaq üçün ictimaiyyətə kömək etmək məqsədi ilə Qlobal Virtual Hakatona ev sahibliyi etdi və Polşa komandası qalib oldu”

"Tədbir elə böyük bir təzyiq altında baş verdi ki, bir ay belə hazırlaşmadan qlobal ictimaiyyətin mübarizəsinə kömək etmək üçün əla qərarlar qəbul edə bildik" tədbirin təşkilatçısı və SUP.az-ın icraçı direktoru Vüsal Kərimli bildirdi.

Qeyd edək ki, təşkil olunmuş “Hack Cov-19” adlı hakatonda 45 ölkədən 600-dan çox müraciətçi iştirak etmişdi. 

2015-ci ildə qurulan “SUP.VC” şirkəti startaplara xarici və yerli mentorlar vasitəsi ilə  məhsulu inkişaf etdirilməsində, müştəri bazası toplamaqda, investorların cəlbində kömək edən startap akseleratorudur. Qlobalda 38 mentoru olan və 22 startap şirkətində paya sahib olan şirkət 12 beynəlxalq hackatona ev sahibliyi edib. 2020-ci ildən etibarən şirkət həm Budapeşt, həm də Tallində Avropa ofisini açıb və xidmətlərini daha da genişləndirir.

Ətraflı oxu

Digər xəbərlər

innoland news image

1 milyon dollarlıq mükafat fondu sizi gözləyir!

1 milyon dollarlıq mükafat fondu sizi gözləyir! 

"INNOLAND"in tərəfdaşlığı ilə keçirilən "DIGITAL STARTUP AWARDS" Özbəkistan beynəlxalq müsabiqəsinə qeydiyyat başlayıb! 

"Digital Startup Awards" Orta Asiya, Qafqaz və Monqolustan regionlarında innovasiya və startap ekosistemlərini inkişaf etdirmək məqsədilə həyata keçirilən beynəlxalq müsabiqə və inkişaf proqramıdır.

Azərbaycanlı startaplar üçün 3 möhtəşəm istiqamət üzrə iştirak imkanı var:

 Ən yaxşı startap layihəsi
 Seed / Series A mərhələsində olan, rəsmi qeydiyyatdan keçmiş startaplar

 Akselerasiya proqramı
 Ən azı 3 aylıq satışı olan startaplar.
 Sentyabr-dekabr aylarında xərcləri qarşılanmaq şərti ilə minimum 1 nəfərin iştirakı vacibdir

 İnkubasiya proqramı
 MVP və ya işlək prototip
 Rəsmi qeydiyyat tələb olunur

Qaliblər böyük imkanlar və qlobal səviyyədə tanınma imkanı əldə edəcək!

 Ətraflı və qeydiyyat: startupbase.uz/en/digital-startup-awards
 

Ətraflı oxu
innoland news image

Azərbaycanda ilk dəfə “Global Game Jam Next" tədbiri baş tutacaq

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzi, "SUP VC",  və "Tech academy"nin təşkilatçılığı ilə ilk dəfə olaraq Azərbaycanda "Global Game Jame Next" tədbiri keçiriləcək.

13-24 iyul tarixlərində baş tutacaq tədbir iki hissədən ibarət olacaq. Birinci hissədə (13-17 iyul) iştirakçılara proqramlaşdırma və oyun hazırlama bacarıqları mövzularında video dərslər keçiriləcək.

İkinci hissədə isə (20-24 iyul) iştirakçılar öyrəndiklərini tətbiq etməklə öz ideyaları əsasında oyunlar hazırlayacaqlar. 

"Global Game Jam Next"in  əsas məqsədi video oyunlarının yaradılmasını öyrənməyə həvəs göstərən 12-17 yaşlı yeniyetmələrə bu sahədə ilkin bilikləri mənimsəməyə dəstək olmaqdır. Bu tədris proqramı onların kodlaşdırma potensialını üzə çıxararaq texniki biliklər qazanmasına imkan yaradacaq.

Qeydiyyat linki: https://bit.ly/2D4ZApp
Qeydiyyat üçün son tarix: 11 iyul

Ətraflı oxu
innoland news image

“Startup Grind - Ganja” tədbiri baş tutacaq

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzinin təşkilatçılığı ilə 26 iyun tarixində “Startup Grind - Ganja” tədbiri baş tutacaq.

Görüşdə spiker qismində “Agtech Ukrayna”nın rəhbəri Yuriy Petruk çıxış edəcək. O, “Agtech - Pandemiyadan əvvəl və sonra” mövzusunda danışacaq.

"Startup Grind" startaplar, təsisçilər, ixtiraçılar üçün yaradılmış dünyanın ən böyük icmalarından biridir. Tədbirin məqsədi həmfikir insanları bir araya gətirmək, öyrənmək, öyrətmək, kömək etməkdir. 2019-cu ildən başladılan tədbir mütəxəssislərin öz təcrübələrini paylaşdığı ənənəvi hərəkat halını alıb. 

Tədbir “Facebook – live“ vasitəsilə baş tutacaq.

Ətraflı oxu