OBA SİD layihəsi uğurla davam edir!
"OBA" marketlər şəbəkəsinin layihəsi olan "Startap, İnnovasiya və Dəstək“ proqramı çərçivəsində "INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin dəstəyi ilə “Sənin ideyan dəstəklənir” şüarı altında növbəti təlimlər baş tutub. Bu dəfə iştirakçılar startap üzrə ekspert Mübariz Şahbazlı tərəfindən “Pitch deck hazırlanması” və “Təqdimat bacarıqlarının inkişafı” mövzularında praktiki biliklər əldə ediblər.
Təlimlər zamanı iştirakçılara investorlara yönəlik effektiv təqdimat quruluşunun hazırlanması, ideyanın aydın və inandırıcı şəkildə ifadə olunması, eləcə də çıxış bacarıqlarının gücləndirilməsi ilə bağlı faydalı tövsiyələr verilib.
31 iyul - 2 avqust tarixlərində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzi, Azərbaycan Dövlət İqtisad Universiteti və "SUP VC" şirkətinin təşkilatçılığı ilə "EduHack Baku" hakatonu baş tutacaq.
Onlayn şəkildə keçiriləcək hakatonun hədəf kütləsi innovativ düşüncəli universitet tələbələri, məzunlar və təhsil sahəsində çalışanlardır. Hakatonun əsas məqsədi distant təhsil sahəsinə yeni həllərin gətirilməsidir.
İştirakçılar hakaton zamanı innovativ yollardan istifadə edərək distant təhsildəki problemləri həll etmək üçün 3 gün boyunca öz təşəbbüsləri üzərində işləyəcəklər. Bu müddət ərzində təhsil və innovasiya sektorundan olan mentorların dəstəyi ilə ideyalarını layihə şəklinə gətirəcəklər.
Qalibləri ümumilikdə 6 min manatlq mükafat gözləyir.
📮Qeydiyyat: https://bit.ly/2ZnmqRF
✅Son qeydiyyat tarixi: 29 iyul
Ölkəmizdə səfərdə olan Uqanda Respublikasının xarici işlər üzrə dövlət naziri Con Mulimbanın rəhbərlik etdiyi nümayəndə heyəti “ASAN xidmət” mərkəzinin qonağı olub.
Qonaqlar, həmçinin “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin fəaliyyəti ilə də tanış olublar.