4 İyul, 2025

"Kiber One Baku - Beynəlxalq İT Məktəbi"nin şagirdləri INNOLAND-də qonaq oldular

"Kiber One Baku - Beynəlxalq İT Məktəbi"nin şagirdləri INNOLAND-də qonaq oldular. Şagirdlər INNOLAND İnkubasiya və Akselerasiya Mərkəzi ilə yaxından tanış olaraq ölkəmizdəki innovasiya və startap ekosistemini kəşf etdilər. Mərkəzin məqsəd və xidmətləri haqqında geniş məlumat alan şagirdlər rezident startaplarla birbaşa ünsiyyət qurdular, suallarını ünvanladılar və real layihələrlə tanış oldular. Ziyarət çərçivəsində uşaqlar həm də iLAB innovativ laboratoriyasının fəaliyyətini izlədilər, burada yaradıcı ideyaların prototiplərə çevrilməsi prosesini gördülər.

Ətraflı oxu

Digər xəbərlər

innoland news image

"INNOLAND"in rezident startapı "Tada!" 120 startap və 428 gənc arasında 2-ci yerə layiq görülüb

"INNOLAND"in rezident startapı "Tada!" 120 startap və 428 gənc arasında 2-ci yerə layiq görülüb. "STARBUCKS FOUNDATION" və "Alshaya Group"un "Habitat" Dərnəyi ilə əməkdaşlığı nəticəsində Avrasiya üzrə 120 startap və 428 gənci əhatə edən "EmpowerMe Youth Programı"nın final mərhələsi baş tutub.

Proqramın final mərhələsində 8 komandaya Türkiyədə keçirilən "EmpowerMe Demo Day"də öz biznes ideyalarını təqdim etmək imkanı verilib.

Mükafatçılar innovativ həlləri ilə "Tada!" (Azərbaycan), "LumoGluco" (Türkiyə) və "Nauanix" (Qazaxıstan) komandaları olub.

Startap komandamızı təbrik edir və uğurlar arzulayırıq!

Ətraflı oxu
innoland news image

StartupFest Gəncə proqramına start verilir

Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Asiya İnkişaf Bankının Azərbaycandakı nümayəndəliyi və Koreya Respublikasının E-Asiya və Bilik Tərəfdaşlığı Fondunun dəstəyilə Gəncə-Daşkəsən iqtisadi rayonunda StartupFest Gəncə proqramına start verilir. Proqramın məqsədi təmiz enerji, kənd təsərrüfatı, təhsil, dövlət sektorunda innovasiyalar istiqamətində startapların formalaşmasıdır. Proqram çərçivəsində startap müsabiqəsinin təşkili, startaplar üçün təlimlərin və akselerasiya proqramının keçirilməsi nəzərdə tutulur.

Proqram üzrə müraciətlər 15 Mart 2023-cü il tarixinə qədər davam edəcək.
Qoşulmaq üçün: https://form.jotform.com/230531646484457

Ətraflı oxu
innoland news image

"INNOLAND"in 5 startapı "ITU Magnet" Akselerasiya proqramından məzun olub

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzinin "Topla.az", "Otaqyoldaşı", "QReact", "Botbox" və "Nextsale" startapları Türkiyədə fəaliyyət göstərən "ITU Magnet" Akselerasiya proqramından məzun olublar.

Növbəti mərhələyə keçən startaplar "Big Bang" yarışmasında iştirak edərək investisiya qazanmaq şansı əldə edəcəklər.

Ətraflı oxu