18 Sentyabr, 2023

“INNOLAND”də “Qadınlar STEM”də layihəsinin təqdimatı keçirilib

16 sentyabr 2023-cü il tarixində BMT-nin İnkişaf Proqramı (BMTİP) və Rumıniyanın Azərbaycan Respublikasındakı Səfirliyinin maliyyə dəstəyi, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ASAN İnnovativ İnkişaf Mərkəzinin və “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin rezidenti olan “Safavy” MMC-nin təşkilatçılığı ilə “Qızlar STEM”də layihəsinin təqdimat mərasimi təşkil olunub.

Layihənin əsas məqsədi elm, texnologiya, mühəndislik və riyaziyyat sahələrində xüsusən regionda yaşayan qızların marifləndirilməsi və aktivliklərinin artırılması, bu sahələrdə karyera imkanlarına dair biliklərin ana dilində öyrədilməsi, gənc nəslin düzgün məlumatlandırılması və istiqamətləndirilməsinə nail olmaqdır.

Layihə çərçivəsində məktəbli və gənc qızlar “Safavy.org” platformasına daxil olaraq hər zaman əlçatan olan ödənişsiz onlayn kurslardan faydalana biləcəklər. Bu kurslara “Robotiks”, “Texnologiyanın əsasları”, “STEM sahəsində mühəndisliyə qısa bir baxış”, “STEM-də elm” və “STEM-də riyaziyyat” kimi video dərsliklər də aiddir.

Ətraflı oxu

Digər xəbərlər

innoland news image

“INNODOST” – İnnovasiya və Startap Proqramı

“INNODOST” – İnnovasiya və Startap Proqramı "Könüllü DOST" proqramının təşkilatçılığı, "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzinin tərəfdaşlığı ilə “Könüllü Klubları” layihəsi çərçivəsində “INNODOST” – 3 modullu proqram uğurla başa çatdı. "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzinin direktoru Nicat Əmiraslanovun təqdimatında, 3 gün ərzində modullar çərçivəsində təlimlər keçirildi. İştirakçılar innovasiya ekosistemi, yaradıcı düşüncə, startap quruculuğu və sahibkarlıq bacarıqları barədə dəyərli biliklər əldə etdilər.

Ətraflı oxu
innoland news image

"INNOLAND"in rezidenti "500 Startups" Akselerasiya proqramına qoşulub

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzinin rezidenti "Nextsale" "500 Startups" Akselerasiya proqramına qəbul olub.

"500 Startups" daha çox ölkədən innovativ startapları əhatə dairəsinə qatmaq üçün Gürcüstanda akselerasiya proqramına başlayıb. "500 Georgia" proqramı qonşu ölkələrdən ən uğurlu startapları dəstəkləyir. Proqram müddətində "Nextsale" bir çox vacib mövzularda beynəlxalq mütəxəssislərdən böyük təcrübələr əldə etməyi hədəfləyir.

Qeyd edək ki, "500 Startups"ın Gürcüstanda başlatdığı akselerasiya proqramına Azərbaycandan qəbul edilən yeganə startap "Nextsale"dir.

Ətraflı oxu
innoland news image

“Yay Fest 2025” “İdeyadan imzaya"

“Yay Fest 2025” çərçivəsində iştirakçılarla “İdeyadan imzaya: Suveren düşüncə, yerli innovativ təşəbbüs” adlı panel müzakirə baş tutub. Müzakirədə “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin müdiri Nicat Əmiraslanov və ASAN İnnovativ İnkişaf Mərkəzinin təlimçisi Nofəl Əliyev çıxış edib.

Panel çərçivəsində iştirakçılara startap quruculuğu, uğurlu ideyaların formalaşması, bu prosesdə süni zəka alətlərinin rolu ilə bağlı geniş məlumat verilib. Panel gənclərin iştirakı ilə interaktiv müzakirə ilə davam edib.

Ətraflı oxu