2 Dekabr, 2019

"INNOLAND"in rezidentləri "Hackmeout Hackathon"da iştirak ediblər

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin rezidentləri Gürüstanda baş tutan "EuroAsian Startup Awards" çərçivəsində keçirilən "Hackmeout Hackathon"da iştirak ediblər.

Tədbirə 10 ölkədən 100-ə yaxın startap rezidenti qatılıb. 

Qeyd edək ki, "EuroAsian Startup Awards" Google və Microsoft kimi qlobal şirkətlərlə, məşhur sənaye mütəxəssisləri və investorları ilə tərəfdaşlıq edən dünyanın ən böyük startap müsabiqələrindən biridir. "EuroAsian Startup Awards"in Azərbaycan üzrə ölkə təmsilçisi "SUP" Akseleratorudur.

Ətraflı oxu

Digər xəbərlər

innoland news image

6 aylıq inkubasiya proqramı yekunlaşdı

“İnnovasiyalar Mərkəzi”nin “Gələcək üçün bacarıqlar” layihəsi çərçivəsində baş tutan tədbir Türkiyənin “Bilişim Vadisi” ilə birgə reallaşdırılan 6 aylıq inkubasiya proqramının yekununa dair keçirilən Demo Day tədbirində münsiflər heyəti tərəfindən ən yüksək balla qiymətləndirilən 5 komandaya “Bilişim Vadisi”nin xüsusi mükafatı təqdim edilib.

Mükafat alan "Printfable", "Cücələrim", "Medappoint", "Evor" və "Dovotes" komandaları "Bilişim Vadisi"nin Türkiyə ofislərində 6 aylıq inkubasiya proqramı keçmək haqqına sahib oldular.

Komandalarımızı təbrik edirik!

Ətraflı oxu
innoland news image

"Global Game Jam" tədbirinə start verilib

Eyni anda 860 fərqli məkan və 113 ölkədə keçiriləcək "Global Game Jam" tədbirinə Azərbaycanda da start verilib. 48 saat davam edəcək tədbirdə iştrakçılar tərəfindən eyni mövzuya aid fərqli oyunlar hazırlanacaq. 48 saat sonra qaliblər elan olunacaq və iştirakçılar dəyərli hədiyyələr əldə edəcəklər.

"Global Game Jam"in keçirilməsində əsas məqsəd Azərbaycandakı oyun qurucuları cəmiyyətini yaradaraq inkişaf etdirmək və dünyayla birləşdirməkdir.

Tədbirin əsas tərəfdaşları "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, SUP.VC, Nextstep Innovasiya Mərkəzi, World Net Summit və Vriendly'dir.

Ətraflı oxu
innoland news image

"INNOLAND"in rezidenti "Dünya Startap Kuboku"nda ilk 10-luğa daxil olub

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzinin rezidenti "Botbox" Gürcüstanda keçiriləcək "Dünya Startap Kuboku"nun regional tədbirində iştirak edəcək. 

"Botbox" "Dünya Startap Kuboku"nun regional tədbirində ilk 10-luğa daxil olub. Tədbirə müxtəlif ölkələrdən 60-dan çox startap müraciət edib. Qalib startap final mərhələsi üçün Silikon Vadisinə gedəcək və 1 milyon ABŞ dolları üçün mübarizə aparacaq.

Qeyd edək ki, "Botbox" kiçik və orta sahibkarlara maneəsiz kömək etmək və məşhur mesajlaşma tətbiqləri vasitəsilə prosesləri avtomatlaşdırmaq üçün hazırlanmış platformadır.

Ətraflı oxu