5 Oktyabr, 2024

"Qarabağ və Şərqi Zəngəzurda Sərmayə İmkanları forumu"

Tərəfdaşı olduğumuz "Qarabağ və Şərqi Zəngəzurda Sərmayə İmkanları forumu" çərçivəsində keçirilən "Qarabağ Greentech" hakatonunun iştirakçılarına "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzi tərəfindən təlim keçirildi.

Təlimdə iştirakçılara:

İdeya generasiyası

Startap ekosistemi - ənənəvi biznesdən fərqlər

Təqdimat bacarıqları - Nə? Harada? Nə zaman? mövzularında məlumatlar verildi.

Ətraflı oxu

Digər xəbərlər

innoland news image

Türkiyənin Bilişim vadisinin nümayəndə heyəti “İnnovasiyalar Mərkəzi”nin qonağı olub

19 sentyabr 2022-ci il tarixində Türkiyə Sənaye və Texnologiya Nazirliyinin Bilişim vadisinin nümayəndə heyəti Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin "İnnovasiyalar Mərkəzi"nin qonağı olub. 

Görüşdə Mərkəzin direktoru Vüsal Rüstəmov, Türkiyə Sənaye və Texnologiya Nazirliyinin Bilişim Vadisinin direktoru Serdar İbrahimcioğlu, Yıldız Texniki Universitetinin professoru Dr. Mesut Güner, texnoparklarla bağlı mütəxəssislər və digər aidiyyəti nümayəndələr iştirak ediblər.

Görüş zamanı Vüsal Rüstəmov Azərbaycanda innovasiya ekosisteminin inkişafının sürətləndirilməsi və innovativ həllərin hazırlanması istiqamətində fəaliyyət göstərən “İnnovasiyalar Mərkəzi” barədə məlumat verib. Həmçinin “INNOLAND”in bu sahəyə verdiyi töhfələrdən, yeni startaplar və yüksək texnologiyaların hazırlanması istiqamətində həyata keçirilən tədbir və layihələrdən danışıb. Eyni zamanda bu sahədə bilik və qarşılıqlı təcrübə mübadiləsi, ölkəmizin startap ekosisteminin və biznes şəraitinin inkişafı istiqamətində birgə layihələr müzakirə olunub.

Qonaqlar, həmçinin ASAN İnnovativ İnkişaf Mərkəzi və “Bilim Bakı” mərkəzində fəaliyyət göstərən təlim otaqları və laboratoriyalarla da yerində tanış olublar. 

Görüşün nəticəsi olaraq aidiyyəti istiqamətlər üzrə gələcək əməkdaşlığa dair razılıq əldə olunub.

Ətraflı oxu
innoland news image

Startapınız üçün LinkedIn-dən daha güclü istifadə etməyə hazırsınızmı?

Startapınız üçün LinkedIn-dən daha güclü istifadə etməyə hazırsınızmı?

"INNOLAND" startap komandalarını ödənişsiz vebinara dəvət edir:

“LinkedIn-in Gücünü Kəşf et: şəxsi brend və satışda yeni nəsil yanaşmalar”

Bu sessiyada SaaS GTM Acceleratoru TechSales-in qurucusu Tunahan Tolga Yıldız ilə birlikdə:

startaplara uyğun LinkedIn profil optimizasiyası

şəxsi brend quruculuğu və məzmun vərdişləri

satışda outbound və hesab əsaslı marketinq (ABM) yanaşmaları

sales Navigator-dan effektiv istifadə yolları ilə tanış olacaqsınız.

2 oktyabr 2025

17:00

Online – İştirak ödənişsizdir

Qeydiyyat üçün: https://dovotes.com/form/innoland-survey

Startapınızın böyüməsi üçün LinkedIn-in imkanlarını kəşf etməyi qaçırmayın!

Ətraflı oxu
innoland news image

“DMZ”in nümayəndə heyəti “INNOLAND”də

Kanadanın ən böyük inkubasiya mərkəzlərindən biri olan “DMZ”in nümayəndə heyəti “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzi ilə tanış olub. Qonaqlara “INNOLAND”in yaradılması və fəaliyyət məqsədləri, mərkəzdə yerləşən Kovörkinq, İnkubasiya, Akselerasiya, İT Təlim-Tədris Mərkəzinin fəaliyyəti və startaplarla bağlı ətraflı məlumat verilib .

“DMZ”in nümayəndə heyəti “INNOLAND”də fəaliyyət göstərən “SUMAKS”ın laboratoriyası ilə tanış olublar. Qonaqlara “SUMAKS”ın yerli texnologiya məhsullarının istehsalı ilə məşğul olduğu və “INNOLAND”in rezidentləri üçün ilkin prototiplərin hazırlanmasında dəstək olduğu bildirilib.

Daha sonra qonaqlar “INNOLAND”də yerləşən digər startaplarla öz təcrübələrini bölüşüblər.  

“INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin fəaliyyəti ilə tanış olan nümayəndə heyəti mərkəzə və əməkdaşlara gələcək fəaliyyətlərində uğurlar  arzulayıb.

Ətraflı oxu