22 İyul, 2019

Şəkidəki “INNOLAND”də ilk "Hackathon"a start verildi.

Şəki şəhərində fəaliyyətə başlayan “INNOLAND” İnkubasiya və Akselerasiya mərkəzində ilk “Hackathon”a start verilib. 

Region gənclərinin iştirakı ilə keçirilən “Hackathon” ümumilikdə 5 gün davam edəcək.

Tədbirin ilk 2 günü iştirakçılar “Startap nədir?”  “Startap ideyasını necə formalaşdırmaq olar?”,  “Bazar araşdırması”,  “Biznes model strukturu: biznes modeli, biznes plan”, “Təqdimat bacarıqları” kimi əsas təşəbbüskarlıq anlayışları ilə tanış olacaqlar.   

Növbəti 3 gün ərzində iştirakçılar komandalara bölünərək onlara həvalə edilmiş layihələr üzrə “Hackathon” zamanı əldə etdikləri bilikləri tətbiq etməyə çalışacaqlar.

Sonda qalib komandalar "INNOLAND"in Şəki mərkəzində 6 aylıq inkubasiya proqramı keçmək haqqı qazanacaqlar. Bununla yanaşı qalib komandalara notbuk təqdim ediləcək.

Şəki şəhərində “Hackathon”un keçirilməsində məqsəd region gəncləri arasında startapların təşviqi, mövcud ideyaların dəstəklənməsidir.

Ətraflı oxu

Digər xəbərlər

innoland news image

Startapların “biz artıq akselerasiya mərhələsindəyik” dediyini eşitmisiniz?

Startapların “biz artıq akselerasiya mərhələsindəyik” dediyini eşitmisiniz?

Bəs nə deməkdir akselerasiya? Akselerasiya — ideyasını artıq sınamış və böyüməyə hazır olan startapların sürət qazanma mərhələsidir.

Bu mərhələdə komandalar:

 investorlarla tanış olur

 bazar strategiyalarını gücləndirir

 satış və marketinq planlarını təkmilləşdirir

mentor dəstəyi ilə daha real hədəflərə fokuslanır

Sadə desək, akselerasiya startapın “başlamaq” deyil, “böyümək” üçün hazırlaşdığı andır.  Sizcə, bir startap üçün bu mərhələdə ən önəmli amil hansıdır — mentorluq, bazar strategiyası, yoxsa investor dəstəyi?

Ətraflı oxu
innoland news image

INNOLAND rezidenti “KidFi” Web Summit Qatar 2026-da Azərbaycanı təmsil edib.

INNOLAND rezidenti “KidFi” Web Summit Qatar 2026-da Azərbaycanı təmsil edib.
Rezidentimiz "KidFi" 1–4 fevral tarixlərində Doha şəhərində keçirilən Web Summit Qatar 2026 beynəlxalq texnologiya tədbirində iştirak edərək Azərbaycanı uğurla təmsil edib.
“KidFi” qlobal səhnədə nələri təqdim edib?
* EdTech və FinTech istiqamətində innovativ həllərini,
* 240-dan çox videodan ibarət maliyyə savadlılığı platformasını,
* Uşaqlar üçün nəzərdə tutulmuş müasir və interaktiv öyrənmə modelini nümayiş etdirib.
Web Summit Qatar 2026 “KidFi” üçün beynəlxalq tanıtımın gücləndirilməsi, yeni tərəfdaşlıqların qurulması və qlobal ekosistemə inteqrasiya baxımından mühüm platforma olub.
Qeyd edək ki, tədbir 30 000-dən çox iştirakçını, 1 600-dən artıq startapı və yüzlərlə investor və sənaye liderini bir araya gətirib.
Ətraflı oxu
innoland news image

“INNOLAND” və “AzerGold QSC” birgə Akselerasiya proqramının "Demo Day"i keçiriləcək

“INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin “AzerGold QSC” ilə birgə həyata keçirdiyi Akselerasiya proqramına qəbul edilən startaplar 18 yanvar tarixində "Demo Day"də çıxış edəcəklər. "Join 2b2", "Buqelemun", "Təmiz hava" və "Günəş Bioqaz" startapları investorlar qarşısında öz layihələrini təqdim edərək investisiya almaq şansı əldə edəcəklər.

“Demo Day”in keçirilməsində məqsəd maliyyə ehtiyacı olan startaplar və sərmayə qoymaq istəyən investorları bir araya gətirmək və tərəflər arasında sağlam mühitdə davamlı əlaqələrin qurulmasına dəstək göstərməkdir.

Ətraflı oxu