24 Oktyabr, 2019

"INNOLAND" “İlin innovasiya ekosistemi təmsilçisi” seçildi!

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzi “İnnovation Awards Gala” mükafatlandırma mərasimində “İlin innovasiya ekosistemi təmsilçisi” nominasiyası üzrə qalib olub.
 
Mükafatlandırma mərasimi Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Heydər Əliyev Mərkəzi ilə birgə keçirdiyi “InnoWeek – İnnovasiya həftəsi” tədbiri çərçivəsində baş tutub.
Ətraflı oxu

Digər xəbərlər

innoland news image

“INNOLAND”in dəstəyi ilə “HER IT Journey 3” layihəsinin final mərhələsi uğurla başa çatdı

“INNOLAND”in dəstəyi ilə “HER IT Journey 3” layihəsinin final mərhələsi uğurla başa çatdı

2025-ci il 24 iyun tarixində “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin dəstəyi ilə mərkəzin rezident startapı olan “SAFAVY” MMC tərəfindən icra edilən “HER IT Journey 3” layihəsinin rəsmi final tədbiri keçirilib.

Layihə çərçivəsində 15 mart–15 iyun tarixlərini əhatə edən dövrdə Azərbaycanın müxtəlif regionlarından seçilmiş 20 xanım iştirakçıya “Rəqəmsal marketinq və brendləşdirmə”, “Qrafik dizayn” və yumşaq bacarıqlar üzrə hibrid formatda təlimlər təqdim olunub. Proqram boyunca iştirakçılar həmçinin sahə üzrə tanınmış mütəxəssislərlə görüşlər və təcrübə mübadiləsi imkanları əldə ediblər.

“HER IT Journey” təşəbbüsü növbəti dəfə regionlarda yaşayan, sosial həssas qruplara aid olan və ya sahibkarlıqla məşğul olan qadınların rəqəmsal bacarıqlarını inkişaf etdirməyə, onları İKT sektoruna daha fəal şəkildə inteqrasiya etməyə hədəflənib.

Qeyd edək ki, “SAFAVY” MMC ölkədə Startap şəhadətnaməsi ilə təltif olunmuş ilk yerli təhsil platforması olaraq, artıq 4 ildən çoxdur fəaliyyət göstərir. “HER IT Journey” layihəsi şirkətin qadınların texnologiya sahəsində fəal iştirakını təşviq edən ardıcıl və təsirli sosial təşəbbüslərindən biridir. Layihənin həyata keçirilməsinə PAŞA Holdinqin maliyyə dəstəyi mühüm töhfə verib.

Ətraflı oxu
innoland news image

“INNOLAND”də "Süni zəka" mövzusunda görüş baş tutub

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzində "Süni zəka" mövzusunda görüş baş tutub. 

Görüş “SUP Akselerator”unun ənənəvi #SUPTalks tədbiri daxilində keçirilib. "Destin AI" startapının qurucusu Nərgiz Məmmədova süni zəka, onun imkanları və gələcəyə təsirindən danışıb.

Nərgiz Məmmədova Kanadanın Toronto şəhərində yaşayan texnoloqdur. O, texnologiya ilə immiqrasiya məsələlərini həll etməyə yönəlmiş "Destin AI" startapının qurucusudur. Nərgiz Məmmədova 3 ölkədə - İsveçrə, Yaponiya və Kanadada idarəetmə təhsili alıb və Beynəlxalq Biznes Magistr dərəcəsinə sahibdir.

Ətraflı oxu
innoland news image

Ön toxum və toxum mərhələsi üzrə investisiyaya hazırlıq" proqramına qeydiyyat başladı

"Ön toxum və toxum mərhələsi üzrə investisiyaya hazırlıq" proqramına qeydiyyat başladı.

Proqramın məqsədi artıq məhsulu və ilk ödənişli müştəriləri olan startapları qısa müddətdə investisiyaya hazır vəziyyətə gətirmək və seçilmiş VC-lərlə birbaşa əlaqələndirməkdir. Proses fərdi mentorluq, dərin analitik yanaşma və AnalyzeWare platforması dəstəyi ilə həyata keçiriləcək. Seçiləcək cəmi 5 startap proqram çərçivəsində 2-4 həftə ərzində investisiya dəyərləndirməsi, maliyyə yanaşması və strategiyasını formalaşdıracaq. Xüsusi olaraq, seçilən startaplar heç bir üzvlük haqqı ödəmədən iştirak edəcək və AnalyzeWare Strategy paketindən 12 ay tam pulsuz istifadə hüququ qazanacaq.

Son müraciət tarixi: 14.02.2026,

Qeydiyyat linki: https://forms.gle/BQBJ9fuxJoMU8TSr7

Ətraflı oxu