Biz sizin üçün hər zaman ən yaxşısını təklif edirik!

TƏQVİM

Fəaliyyətimiz

Portfolio

Müştəri məlumatlarının təhlili əsasında əlavə funksiyalar təmin edən maliyyə sahəsində onlayn platforma

https://onepoint.az

Müştərilərlə istənilən yerdə əlaqə qurmaq üçün yaradılan "business messenger"

https://getwhelp.com/

"Botbox" kiçik və orta ölçülü müəssisələr üçün müştərilərə problemsiz şəkildə kömək etmək və ən məşhur mesajlaşma tətbiqləri vasitəsi ilə biznes proseslərini avtomatlaşdırmaq üçün yaradılan platformadır.

https://www.botboxpro.com/

Voicedocs - danışığın avtomatik yazıya çevrilməsi texnologiyalarının və bu texnologiyalara əsaslanan onlayn servis tətbiqlərinin hazırlanması ilə məşğul olur.

https://voicedocs.com/

Rihand gözəllik xidmətlərini, peşəkarları müştərilər ilə birləşdirən platformadır

https://rihand.az/

Taskilled yeni bacarıqlar əldə edə və portfelinizi sıfırdan qura biləcəyiniz platformadır

https://taskilled.com/

Mentorlar

innoland mentor image

Məmməd Kərim

Mentor

innoland mentor image

Vüsal Kərimli

Mentor

innoland mentor image

Qərib Mehdiyev

Mentor

innoland mentor image

Vurğun Hacıyev

Mentor

innoland mentor image

Amid Quliyev

Mentor

innoland mentor image

Iqor Ovçarenko

Mentor

innoland mentor image

Tunahan Tolga Yıldız

Mentor

innoland mentor image

Arda Kaan Özcan

Mentor

innoland mentor image

Rəşad Məhərrəmov

Mentor

innoland mentor image

Ziniddin Babayev

Mentor

innoland mentor image

Nicat Əmiraslanov

Mentor

Partnyorlar

Startap ideyanızı bizimlə bölüşün

Xəbərlər

innoland news image

"INNOLAND"in rezidenti "Digital Startup Awards 2025"də uğurla təmsil olunub!

"INNOLAND"in rezidenti "Digital Startup Awards 2025"də uğurla təmsil olunub!

12-13 dekabr tarixində Daşkənd şəhərində Özbəkistan Respublikasının Rəqəmsal Texnologiyalar Nazirliyi, "IT Park Uzbekistan" və "IT Park Ventures"in birgə təşkilatçılığı ilə beynəlxalq "Digital Startup Awards" proqramının böyük finalı keçirilib. Mərkəzi Avrasiya regionunun ən iri startap təşəbbüslərindən biri olan proqramın ümumi mükafat fondu 1 milyon ABŞ dolları təşkil edib. İnkubasiya proqramı üzrə isə Azərbaycanı təmsil edən rezident startapımız "Lingozy" 10 min ABŞ dolları məbləğində mükafat əldə edib. Qeyd edək ki, Azərbaycandan qatılan startaplar ümumilikdə 70 min ABŞ dolları məbləğində qrant qazanıblar. Akselerasiya proqramı üzrə "Recepta" startapı 50 min ABŞ dolları, İnkubasiya proqramı üzrə "SnackPack AZ" startapı 10 min ABŞ dolları mükafat əldə ediblər. Bundan əlavə, "Best Startup Project" kateqoriyası üzrə final mərhələsinə Azərbaycanı "StarkidStories" və "Tryverse" startapları təmsil edib. İnkubasiya proqramında iştirak haqqı qazanmış digər Azərbaycan startapları isə "Crable", "himate.az" və "OLSUN" olub. "Digital Startup Awards" proqramı regional startap ekosistemləri arasında əməkdaşlığı gücləndirərək Azərbaycan startaplarının beynəlxalq miqyasda tanınmasına və yeni inkişaf imkanları əldə etməsinə töhfə verib.

Ətraflı oxu
innoland news image

"ASAN xidmət" “Take Off İstanbul 2025” startap sammitində

"ASAN xidmət" “Take Off İstanbul 2025” startap sammitində

10–11 dekabr 2025-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin nümayəndə heyəti Türkiyə Respublikasının İstanbul şəhərində keçirilən “Take Off İstanbul 2025” beynəlxalq startap sammitində iştirak edib.

“ASAN xidmət”in tərəfdaşı olduğu tədbirdə ölkəmiz Azərbaycan stendi ilə təmsil olunub. Stenddə “İnnovasiyalar Mərkəzi”, ASAN AI Hub, "INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin rezident startapları və yerli innovasiya ekosistemini təmsil edən perspektivli startaplar - “Enverson AI”, “Convitsa”, “Polygraf AI”, “Speakday”, “IOMETE”, “Qmeter”, “Tryverse” və “StarKidStories” təqdim edilib.

İki gün davam edən sammit çərçivəsində Azərbaycan stendi “Baykar” şirkətinin texniki direktoru Selçuk Bayraktar, “Take Off Girişim” Zirvəsinin direktoru İrem Bayraktar Aksakal, habelə investorlar və innovasiya ekosisteminin digər əsas iştirakçıları tərəfindən ziyarət edilib. Startapların fəaliyyəti ilə yaxından tanışlıq olub, qarşılıqlı əməkdaşlıq imkanları müzakirə edilib.

Tədbirin ikinci günü “İnnovasiyalar Mərkəzi”nin direktoru Vüsal Rüstəmov “Take Off İstanbul 2025” çərçivəsində təşkil olunan “Regional startap ekosistemi: Azərbaycan, Banqladeş, Türkiyə” mövzusunda panel müzakirəsində çıxış edib.

Bu il “Take Off İstanbul” sammiti 40 ölkədən 500-dən çox startapı, 250-dən artıq investoru, 75 maraqlı tərəfi və 11 sponsor təşkilatı bir araya gətirib.

Sammit TEKNOFEST çərçivəsində T3 Fondu, Türkiyə Respublikasının Sənaye və Texnologiya Nazirliyi və Prezident Administrasiyasının İnvestisiya və Maliyyə Ofisinin təşəbbüsü ilə təşkil olunaraq regionun ən genişmiqyaslı innovasiya və startap platformalarından biri kimi fəaliyyət göstərir.

Bu platforma innovasiyaların inkişafı üçün əlverişli və maneəsiz mühit formalaşdırmaq məqsədilə sahibkarları, mentorları, vençur kapitalı nümayəndələrini və şirkətləri bir araya gətirir.

Ətraflı oxu
innoland news image

"ASAN xidmət"in “DIGIAGE BAKU 2025” rəqəmsal oyun düşərgəsi keçirilib

"ASAN xidmət"in “DIGIAGE BAKU 2025” rəqəmsal oyun düşərgəsi keçirilib

5–7 dekabr 2025-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin "DIGIAGE" ilə birgə əməkdaşlığı çərçivəsində “DIGIAGE Baku 2025” rəqəmsal oyun düşərgəsi təşkil olunub.

Məqsəd peşəkar mentorların iştirakı ilə istedadlı gənclərin oyunlar hazırlaması və layihələrini təqdim etmələridir. Eyni zamanda onların qlobal bazara çıxışla bağlı təcrübə qazanmalarına və yeni startap təşəbbüsləri formalaşdırmalarına dəstək hədəflənib. Bu prosesdə iştirakçılar komanda işi, layihə təqdimatı və marketinq bacarıqlarını inkişaf etdirməklə yanaşı, yaradıcı yanaşmalarını da gücləndirərək yeni oyun konsepsiyaları hazırlayıblar. Həmçinin onlar sektor mütəxəssislərindən şəbəkələşmə və karyera inkişafı üçün faydalı tövsiyələr əldə ediblər.

Düşərgəyə ümumilikdə 28 komanda və 134 fərdi müraciət olmaqla 238 nəfər qatılıb. Seçilmiş 100 iştirakçıya iki həftə ərzində data əsaslı oyun marketinqi və yayım proseslərinə dair iki ayrı təlim keçirilib.

Üç gün davam edən düşərgədə qəbul mərhələlərini tamamlayan iştirakçılar fərdi və ya komanda şəklində iştirak ediblər. Onlara oyun hazırlığında istifadə olunan müasir proqramlar, oyun inkişafının müxtəlif mərhələləri və sektor üzrə karyera imkanları barədə məlumat verilib. Tanınmış şirkət nümayəndələri və oyun dizaynerləri motivasiya xarakterli təcrübələrini bölüşüblər.

Düşərgə müddətində “İnnovasiyalar Mərkəzi”nin direktoru Vüsal Rüstəmov və “Bilişim Vadisi”nin baş icraçı direktoru Erkam Tüzgen komanda işlərini izləyərək iştirakçılarla görüşüblər.

Yekunda 19 komanda hazırladıqları oyunları münsiflər heyətinə təqdim ediblər. Potensiallı hesab olunan “Untitle Game Studio”, “Neecro Projects” və “Voyagers” komandaları ilk üçlükdə qərarlaşıblar. “Rital Interactive” isə münsiflərin həvəsləndirici mükafatına layiq görülüb. Qalib komandalarla investisiya görüşləri davam etdiriləcək və onlara mentor dəstəyi veriləcək. Bütün komandalara isə "DIGIAGE" tərəfindən mentorluq dəstəyi davam etdiriləcək.

2023-cü ildən bəri təşkil olunan və bu il üçüncüsü gerçəkləşən düşərgələrə ümumilikdə 500-dən çox müraciət qəbul edilib, 300-dən artıq müraciətçi yarışmada iştirak hüququ qazanıb. Ümumilikdə 60-dan çox komanda düşərgələrdə yer alıb və bir çox komanda investisiya və mentorluq qiymətləndirməsinə cəlb olunub.

Düşərgə 2023-cü ildə “İnnovasiyalar Mərkəzi” ilə “Bilişim Vadisi Bakı” arasında imzalanmış əməkdaşlıq protokolu çərçivəsində həyata keçirilir. Məqsəd texnoloji bacarıqların inkişaf etdirilməsi, təlimlərin təşkili və ölkədə innovativ həllərin tətbiqinə dəstək verməkdir. Həmçinin hakaton və butkamp modeli əsasında birgə layihələrin hazırlanması prioritetdir.

Sponsorlar: PASHA Holding

Tərəfdaş: Code Academy

Media tərəfdaşı: ASAN Radio və TV

Ətraflı oxu